BAKIDA HANSI BİNALAR ZƏLZƏLƏYƏ DAVAMLIDIR? – MÜTƏXƏSSİS RƏYİ

BAKIDA HANSI BİNALAR ZƏLZƏLƏYƏ DAVAMLIDIR? – MÜTƏXƏSSİS RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş vermiş zəlzələdən sonra hamı həyət evlərinin qiymətindəki dəyişikliklə maraqlanır. Ancaq daha ciddi problem Bakıdakı istismar müddətini başa vurmuş binaların və qəzalı fərdi həyət evlərinin olmasıdır ki, bir bal artıq təkanlar olsa hamısı dağıla bilər.

Tribunainfo.az yazır ki, bu barədə əmlak eksperti Elnur Fərzəliyev deyib. O qeyd edib ki, minlərlə istismar müddətini bitirmiş və yüzlərlə qəzalı vəziyyətlə olan çoxmənzilli bina evləri və fərdi həyət evləri var:

“Xüsusən də bir birinə yaxın şəkildə tikilmiş yeni tikili çoxmənzilli yaşayış kompleksləri var. Ciddi zəlzələ baş verərsə, onların vəziyyəti necə olacaq? Əsas problem budur. Nəzərə alaq ki, bu cür hadisələrdən qorunmaq üçün toplanış meydançaları və sığınacaqlar da yetəri sayda deyil. Əsas problemimiz budur”.