Bakıda güllələnən şəxs soyunaraq hakimə etiraz etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında zərərçəkən şəxs yarıçılpaq soyunaraq hakimə etiraz edib.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında zərərçəkən şəxs yarıçılpaq soyunaraq hakimə etiraz edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sənan İsmayılov məhkəmə binasının girişində, yolun ortasında köynəyini çıxarıb.
S.İsmayılovun belə hərəkət etməsinə səbəb isə onu güllələyərək yaralayan Vəli Əhmədova yüngül cəza verilməsidir.

Hakim Fikrət Qəribov Rusiya vətəndaşı olan V.Əhmədova 5 il azadlıqdan məhrum etmə cəzası verib. İstintaq V.Əhmədovun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirsə də, F.Qəribov bu maddəni qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif edərək cəzanı yüngülləşdirib. 

Zərərçəkən S.İsmayılov da hakimin bu qərərına belə etiraz edib.

Prokuror isə V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

***

S.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis Bölməsinə aparılıb.