Bakıda güllələnən biznesmenə görə yaxın qohumu həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, 07.08.2024-cü ildə saat 20.00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlu ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Aьшт Xudaverdiyevin qardaşı oğlu, 1998-ci ildə Bakı doğulmuş C.Xudaverdiyev əmsinin güllələndiyi əraziyə gedib. Hadisə Mərdəkan qəsəbəsində yerləşən “Qazilər” çimərliyində baş verib. Belə ki, C.Xudaverdiyev əmisi güllələndiyi üçün həmin yerə gedib və orada mərhumun nəşinə yaxınlaşmağa cəhd edib. Polislər onu ərazidən uzaqlaşdırmağa çalışarkən, C.Xudaverdiyev onlara məhəl qoymayıb. Həmin saxlanılaraq, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib və 30 gün müddətinə həbs edilib.
Qeyd edək ki, Qafqazinfo-nun yaydığı məlumaat görə hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir. Bu qətlıin də məhz qisas zəminində törədildiyi deyilir.
Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.