Bakıda güclü partlayışın baş verdiyi an – Video

Bakıda güclü partlayışın baş verdiyi an – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib.

TİA.AZ Report-a istinadla xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

20:28

Bakının Xətai rayonundakı “Radioquraşdırma zavodu” İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur.

Əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub.

Radioquraşdırma zavodu istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.

***

21:34

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Radioquraşdırma zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.

***

22:47

Bakının Xətai rayonundakı “Radioquraşdırma zavodu” İstehsalat Birliyində baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Bunu jurnalistlərə açıqlamasında Xətai Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Fəxrəddin Əliyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“İlkin məlumat hələ yoxdur, araşdırma gedir. Yanğın hadisəsi baş verib. Yanğının nədən baş verdiyi araşdırılır. Xəsarət alan olmayıb. Təxminən yardımçı binada 100 kvadratmetr ərazi yanıb” .

Partlayış baş verən zavoda müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəlib. Əraziyə ilkin baxış keçirilib.