Bakıda görünməmiş vəhşilik: İti maşınla sürüdülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sosial şəbəkələrdə bir video yayıldı ki, baxan hər kəsi dəhşətə gətirirdi. Yəqin ki, təxmin elədiniz hansı videodan danışıram. Bir sürücü itə əzab vermək üçün onu maşına bağlayıb sürüyüb. 

Bu gün sosial şəbəkələrdə bir video yayıldı ki, baxan hər kəsi dəhşətə gətirirdi. Yəqin ki, təxmin elədiniz hansı videodan danışıram. Bir sürücü itə əzab vermək üçün onu maşına bağlayıb sürüyüb.

İtin boğazına zəncir salıb avtomobili idarə edə-edə onu sürüdü. İtin səs-küyünə məhəl qoymadan nə sürətini azaldır, nə də əməlindən əl çəkir. İt isə həm yerdə yuvarlanır, həm də təkərin altında qalmamaq üçün mübarizə aparır.

Görüntülər paytaxtda lentə alınıb. Sürücü və sərnişin iti maşınla sürüyüblər. “Qazel” markalı, 10 XB 125 dövlət nömrə nişanlı yük avtomobilində olan sürücü və sərnişin itə sözün əsl mənasında işgəncə veriblər.

Kadrları lentə alan qadın “Qazel”i saxlatdırdıqda məlum olub ki, iti zəncirlə bağlayan sərnişin kabinədə oturaraq heyvanı asfalt üzərində sürüyərək aparır. Qadınlar maşındakılara etiraz edərək iti buraxmaqlarını tələb ediblər. Ancaq bu tələblərə də laqeydcə cavab verilib.

Məsələyə münasibət bildirən “Canlı aləmin mühafizəsi alyansı” ictimai birliyinin sədri Mənsurə Rəsulzadə belə bir addımın atılmasının qəbuledilməz olduğunu bildirib.

Mənzurə Rəsulzadənin sözlərinə görə, bu və buna bənzər hadisələrin baş verməsinin əsas səbəbi qanunvericilikdə müəyyən boşluqların olmasıdır.

Ümumiyyətlə isə heyvanlara qarşı belə addım atan şəxslər 500-1000 manat arasında pul cəriməsi ilə cəzalandırılırlar.