backend

Bakıda gənclərin respublika konfransı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı işə başlayıb. 

Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı işə başlayıb.

TİA.AZ xəbər verir ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Əli Həsənov gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəallığını yüksək qiymətləndirib. O, qeyd edib ki, gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır: `Diplomatik korpusun tərkibinə, transmilli şirkətlərdə çalışanlara baxsaq, onların əksəriyyəti gənclərimizdir. Gənc nəsillə yaşlı nəsil çiyin-çiyinə çalışır. Nazirliklərdə müavinlərin, şöbə müdirlərin əksəriyyəti gənclərdir, yaşlı nəsillə birgə çalışmaqla formalaşıblar. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini həyata keçirərək siz gənclərin timsalında Azərbaycanın uğurlu gəncliyini yetişdirib. Bu gəncliyə baxanda gələcəyimizə nikbinliklə yanaşırıq`.

Gənclər və idman naziri Azad Rəhimov isə vurğulayıb ki, ölkə əhalisinin 27 faizini gənclər təşkil edir: “Gənclər ölkədə cərəyan edən bütün proseslərin birbaşa iştirakçıları kimi çıxış etməyə qadirdir. Bu gün ölkədə gənclərə göstərilən diqqət göz qabağındadır. Bu günə qədər gənc idmançılarımız yarışlarda ümumilikdə 8 560 medal qazanıb. Bu da dövlətin idman sahəsinə olan diqqət və qayğının bariz nümunəsidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli xatırladıb ki, bu il aprel döyüşlərində Azərbaycan gəncliyi torpaqların azadlığı uğrunda son damla qanına qədər döyüşməyə hazır olduğunu sübut edib: “İndiki gənclərimiz həm də Xocalı soyqırımını dünyaya tanıdır”.