Bakıda gənclər qız üstündə dava etdilər — TƏFƏRRÜAT

Bakıda gənclər qız üstündə dava etdilər — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda 1999-cu il təvəllüdlü Cahangir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlqara (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun D.Bünyatzadə küçəsində yerləşən “Yeklər” kafesinin sol tərəfində baş verib.

Cahangir tanışı İlqara ciddi münasibətdə olduğu Səma adlı xanımla bağlı suallar verib. Bu suallarda zərərçəkmiş şəxsin onunla kobud danışması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı əsəbiləşən Cahangir zərərçəkmiş şəxsin ağız nahiyəsinə əlinin içi ilə qəsdən vurub.
Hadisəni törədən Cahangirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi təxminən 2 ilə yaxındır tanıyır: “Səma adlı qızla İlqarın münasibətinin olmasını bilirəm. Hadisə günü, saat 13 radələrində İlqarla görüşdüm və “Yeklər” kafesində çay içdik. Söhbət əsnasında İlqara Səma ilə bağlı ciddi fikrinin olub-olmamasını sualını verdim. Bu sualdan İlqar şübhələnərək, mənə kobud cavab verdi. Mənə “nə üçün sənə maraqlıdır” dedi. Kafedə olduğumuz üçün mübahisəni sakit formada sonlandırdıq. Kafedən çıxdıq və sonra kafenin sol tərəfində İlqara 15-20 dəqiqə bundan öncə olan mübahisə ilə bağlı irad bildirdim. Aramızda yenidən sözlə mübahisə yarandı. İlqara yanlış anladığını deməyimə baxmayaraq, o, mənə nalayiq ifadə işlətdi. Mən də bundan əsəbiləşərək sağ əlimin içi ilə İlqarın ağız nahiyyəsindən bir dəfə vurdum. Daha sonra oradan getdim”.

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Buna görə də zərərçəkən ona qarşı şikayətini geri götürüb.

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.