BAKIDA GECƏ İLƏ ZƏLZƏLƏ HƏYƏT EVLƏRİNİ BAHALAŞDIRACAQ – EKSPERT

BAKIDA GECƏ İLƏ ZƏLZƏLƏ HƏYƏT EVLƏRİNİ BAHALAŞDIRACAQ – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Xəzər dənizində baş verən və Bakı da daxil bir çox yerdə hiss edilən zəlzələ həyət evlərinin qiymətini qaldıracaq.

Tribunainfo.az yazır ki, son aylar onsuz da həyət evlərinin qiymətində bahalaşma müşahidə edilirdi. Xüsusilə Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra bina evlərinə maraq azalmışdı. Bu da həyət evlərinin qiymətinə təsirsiz ötüşmədi.

Dünən baş verən kətanlar isə yenidən həyət evlərini gündəmə gətirib. Təkanların xüsusilə bina evlərində hiss edilməsi, həyət etlərində isə ümumiyyətlə hiss edilməməsi bu cür evlərin daha təhlükəsiz olması fikrini yaradıb.

Ekspertlərin fikrincə, həyət, bağ evlərinin qiyməti durmadan artacaq. İl sonuna qədər həyət evlərinin qiymətində enmə gözlənilmir. Artıq 50-60 min manata həyət evi tapmaq mümkün olmayacaq.