BAKIDA FİLM KİMİ DƏLƏDUZLUQ: ŞİRKƏT SAHİBİ İTƏ YAS VERİB, ÖZÜNƏ BAŞDAŞI QOYDURDU VƏ… – DETALLARbackend

BAKIDA FİLM KİMİ DƏLƏDUZLUQ: ŞİRKƏT SAHİBİ İTƏ YAS VERİB, ÖZÜNƏ BAŞDAŞI QOYDURDU VƏ… – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda film kimi hadisə baş verib. TİA. Az xəbər verir ki, Bakda bina tikən “Kaspian İnşaat MB” MTK-nın rəhbəri Rafət Qəniyev ənənəvi fırıldağa gedərək bir mənzili 5-6 adama satıb. Dələduz sahibkar pul yığandan sonra aradan çıxmaq istəyəndə xəbər tutub ki, barəsində araşdırma aparılır. Bu haqda jurnalist Samir Əli yazıb. Onun sözlərinə görə, R.Qəniyev ağılasığmaz çıxış yolu tapıb. O, meşədə ölmüş, cəsədi çürümüş bir it tapıb, sümüklərini yığıb maşına qoyub, Sabirabadın Ətçilər kəndinə gedib. Hekayə bundan sonra başlayır; kəndin qırağında öz paltarlarını soyunaraq geyindirib it sümüklərinə, bir maket düzəldib, oturdub sükan arxasına. Sonra da maşına od vurub yandırıb, özü də qaçıb Bakıya.
Ailə üzvləri it sümüklərini yığıb dəfn edib, adama yas verib, qara mərmərdən daş saldırıb, amma qəbir daşına itin yox, kişinin şəkli vurulub.
Nəhayət, işin üstü açılıb, R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisindəki kababxanada yaxalanıb.

TİA. Az