Bakıda və yaxın ətrafda fantastik qiymətə bağ evləri satılır.
Tribunainfo.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, sözügedən bağ evlərinin fantastik qiymətə satılmasına səbəb təkcə ərazisi yox, həm də tikintisində istifadə olunan materiallardır.
Ramil Osmanlı deyib ki, elan saytlarında 20 milyon manat ətrafında satılan bağ evlərini görmək mümkündür. Lakin daha bahalı əmlaklar adətən saytlara yerləşdirilmir. Ümumiyyətlə, satışa çıxarılmasa belə, yüz milyonlarla manat dəyəri olan bağ evləri mövcuddur.
Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: