Bakıda faciə: ana və 5 yaşlı oğlunun meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.

 

Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib. 1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda onların hər ikisinin vəfat etdiyini görüblər.

Faktla bağlı araşdırma aparılır.

TİA.AZ