Dünən evdən çıxaraq geri dönməyən 11 yaşlı Ağamir Nəcəfi internet klublarından birində qalıbmış.
Dünən evdən çıxaraq geri dönməyən 11 yaşlı Ağamir Nəcəfi internet klublarından birində qalıbmış.
Bu haqda Axar.az-a uşağın anası Elnarə Məmmədova məlumat verib. Onun sözlərinə görə, oğlu gecə səhərə kimi dostu ilə birlikdə internet klublarından birində olub:
“Hazırda oğlum bizimlə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindədir. Şükürlər olsun ki, qorxulu bir durum yoxdur.
Gecə dostu ilə birlikdə internet klublarının birində olub”.
Qeyd edək ki, uşaq evə gec gəldiyi üçün valideynləri tərəfindən möhkəm danlanıb. Bundan sonra evdən gedib və geri qayıtmayıb.
Hadisənin təsirindən ayılmayan ana digər məlumatlar verməkdən imtina etdi.