Bakıda erməni köynəkləri satılmağa başladı? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sədərək” ticarət mərkəzində Ermənistan bayrağının təsviri olan köynəklər satılmır. 

“Sədərək” ticarət mərkəzində Ermənistan bayrağının təsviri olan köynəklər satılmır.

Bu sözləri Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Teleqraf.com-a mərkəzin piştaxtalarında düşmən ölkənin bayrağı əks olunmuş köynəklərin satılması xəbərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, ölkəyə gətirilən mallar sərhəddə ciddi yoxlamadan keçir: “Gömrükdə ciddi nəzarət var. Ondan əlavə, mərkəzin özündə də bizim nəzarətçilərimiz, mühafizə xidməti bu kimi məsələləri diqqətdə saxlayır. Elə bir fakt aşkarlanmayıb”.

Qeyd edək ki, mətbuatda “Sədərək” ticarət mərkəzində Ermənistan bayraqlı geyimlərin satılması ilə bağlı informasiya gedib.