Bakıda gecə klubunda kütləvi dava düşüb.
Bakıda gecə klubunda kütləvi dava düşüb.
TİA.AZ xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Xəqani küçəsində yerləşən “Troya” gecə klubunda 5 nəfər arasında dava düşüb. Nəticədə 1978-ci il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşı Dheyyaa Əli Əbdülhüsseyn əl-Omairi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. (report)