Bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci sessiyası işə başlayıb.
Bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci sessiyası işə başlayıb.
Sessiya Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Beynəlxalq
Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin olunması, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Su Həftəsi çərçivəsində VIII Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin IV iclası baş tutacaq, eyni zamanda Şollar-Bakı Su təchizatı Qurğuları Kompleksinin istismara verilməsinin 100 illik yubileyi qeyd olunacaq.
Bu tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılıb. Yubiley tədbirləri çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksi barədə foto və rəsm sərgiləri keçirilib, “Azərsu” ASC və Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi “Şollar-Bakı su qurğuları kompleksi – 100 il: əbədi həyat mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanacaq.
Qeyd edək ki, tədbir müddətində xarici qonaqların Şollar Su mənbəyinə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Heydər Əliyev Mərkəzinə səfərləri təşkil olunub. Həftənin sonuncu günü (martın 18-də) Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ərazisində xarici qonaqların iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək. (report)