Bakının Zığ şosesində ağır qəza baş verib.
Axar.az xəbər verir ki, 175 nömrəli marşrut avtobusu yoldan çıxaraq aşıb. Çoxsaylı yaralılar olduğu bildirilir.
Avtobusun yüksək sürət səbəbindən yoldan çıxması və aşması ehtimal edilir.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.
***
Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. 3 saylı Kliniki Tibbi Mərkəzdən Axar.az-a bildirilib ki, 16 nəfər hazırda xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan bəzilərinin Sabunçu rayon xəstəxanasına aparıldığı qeyd edilib.
Səhiyyə Nazirliyindən isə Azərtac-a 12 nəfərin xəsarət aldığı bildirilib.