Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində qudalar əlbəyaxa dava ediblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə cari ilin aprel ayında baş verib.
Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib.
*** 16:43
Bakıda qudalar arasında dava olub.
Tribunainfo.az “report.az”a istinadən xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində qudalar əlbəyaxa dalaşıb.
Ürəyi soyumayan quda qohumunu döydükdən sonra maşınını onun üzərinə sürüb.