Bakıda DƏHŞƏT: Ana oğlunun zəncirlə asılmış meyitini tapdı

Bakıda DƏHŞƏT: Ana oğlunun zəncirlə asılmış meyitini tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Cəbrayıl oğlu Məmmədov yaşadığı evin həyətindəki yarımtikilidə zəncirlə özünü asıb.

Onun asılmış meyitini anası tapıb. Ana bu mənzərədən çox böyük stres keçirib.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.