Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb. Pravda.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun eyniadlı qəsəbəsində baş verib.

Burada evlərdən birində 46 yaşlı S.Lukoninin meyiti tapılıb. Onun üç-dörd gün əvvəl öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam texniki spirtdən zəhərlənərək ölüb.