Bakıda çörəyin içindən taxta çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda müştəri aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb.

 

Bakıda müştəri aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb.

Oxu.Az xəbər verir ki, bu hadisə ilə Ceyhun Əsgərov adlı şəxs qarşılaşıb.

C. Əsgərov bununla bağlı sosial şəbəkədə olan hesabında paylaşım edib:  “Azərbaycan, Bakı, 2017-ci il. Biz hələ də çörəyin içərisində zir-zibil tapırıq. Yaxşı ki, kosmosa göndərdiyimiz peyki Azərbaycanda istehsal etməmişik. Yoxsa içərisində “təsadüfən” “Kamaz” unudardıq. Dostlar, diqqətli olun! İstəsəniz, hörmətli də ola bilərsiniz. Lakin hörmət etmirlər. Pulla aldığımız çörəyi gözübağlı yeyə bilmərik!”