Bu günə qədər 10 cütlük Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün müraciət edib.
Bu günə qədər 10 cütlük Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün müraciət edib.
TİA.AZ xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bu barədə azvision.az-a məlumat verib.
“Heç birinə imtina cavabı verilməyib və onlar fəaliyyətə başlaya bilərlər. Lisenziya alanlardan fəaliyyətlərinə başlayanlar da var, başlamayanlar da. Amma nədənsə Şaxta baba və Qar qız olmaq üçün müraciətlərin sayı azdır. 31 dekabra qədər vaxt var, yəqin ki, yaxın günlər də yenə də cütlüklər müraciət edərlər”.
Qeyd edək ki, Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün alınan lisenziyanın məbləği 60 manatdır.