Bakıda bu taksi şirkəti müştəriləri aldadır-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ-ın redaksiyasına “Taxify” taksi şirkəti ilə bağlı şikayət daxil olub. Elşən Hüseynsoy adlı şəxs şirkətin xidmət haqqını çox almasından şikayət edir: “Salam. Şikayətim “Taxify” şirkətindəndir. 2017-dən 2018-ə keçən gecə saat 2-də taksi sifarişi verdim. Məsafə “Gənclik Medilux” klinkasından” Xırdalan Kristal Abşeron”a qədər idi. Məbləği görə bilmədim, taksiyə minəndə soruşdum xidmət haqqı nə qədər olacaq? Dedi biz çatanda bilirik. Yanımda ailə vardı deyə uzatmadım, düşündüm ən çox 10azn olar. Çatdıq 18azn yazdı, verdim. İndi bir açıqlama istəyirəm, feyzbuk səhifələrinə yazıram, qəbz istəyirəm, heç bir cavab yoxdur”.

Vəsilə İbrahim

TİA.AZ