Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq – FOTObackend

Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğa zaman-zaman şiddətlənəcək.

Zəif səviyyəli qasırğa bu gün saat 18:00-dan etibarən hiss edilməyə başlayacaq, axşama doğru 21:00 aralıqlarında davam edəcək.

Məlumata görə, şənbə günü ölkə ərazisində hava meteohəssas insanlar üçün əlverişli olacaq. Bazar günü isə yenidən maqnit qasırğası Yerə təsir edəcək. Belə ki, zəif geomaqnit qasırğası ayın 23-ü gecə saatlarından başlayaraq 15:00-adək davam edəcək.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir./BAKU.WS