Hövsan qəsəbəsində yerləşən V. Mirzəliyev adına 281 nömrəli məktəbdən çox sayda şikayətlər ünvanlanıb.
Tribunainfo.az-a şikayətini bildirən valideynlər bildiriblər ki, məktəbin istilik sistemi hələ də verilməyib.
“Uşaqlar sinifdə soyuqdan donur, 3 uşağımın üçü də bu məktəbin şəraitsizliyindən xəstələnib. Üstəlik yağışın fəsadlarından sonra sinif otaqlarından su damır, divarlar nəmişlikdir. Suraxanı idarəsinə zəng etsəm də onlar ərizə yazmağımızı tələb edirlər. Ərizə yazsaq da bilirəm ki, baxan olmayacaq. Bu məktəbin yiyəsi yoxdu, direktor çıxsa bəlkə vəziyyət düzələr amma çıxmaq da istəmir. Hətta bir sinfin bütün valideynləri yığışaraq direktora şikayət ünvanlayıblar. Amma nə fayda. Dünənki yağışdan sonra tavandan sinfə su tökülüb. Uşaqlar kitablarını götürüb qaçırdılar. Bəzi müəllimləri də bərbaddır, dərs keçmir”, – deyə valideyin bildirib.
Qeyd edək ki, oktyabr ayının 22-də yağan güclü yağışdan sonra adı çəkilən məktəbin sinif otaqlarını su basmışdı.
Dəniz