Bakıda iki böyük rayonun ərazisindəki köhnə evlərin sökülməsi istiqamətində həlledici addım atılır.
Tribunainfo.az xəbər verir ki, dünən elan edilən tenderdən sonra prosesin yaxın zamanlarda başlayacağı gözlənilir.
Belə ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi növbəti tenderini elan edib. Həmin tenderə əsasən Mərkəz Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərini hazırlayacaq. Bu məqsədlə 63 min 52 manat xərcləməyi planlaşdırır.
Fərda Uğur