backend

BAKIDA BRİTANİYA FİLM FESTİVALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 28-də Bakıda Üçüncü Britaniya Bahar Film Festivalına start veriləcək. Festivalı Nizami Kino Mərkəzi, British Consul Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə keçirəcək. 

Bunu TİA.AZ-a açıqlamasında British Consul Azərbaycan-ın direktoru Elizabet Vayt bildirib.

“Festivalda yeni filmlər təqdim ediləcək. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar”, – Elizabet Vayt deyib.

Mayın 4-dək davam edəcək festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı məşhur film – “Yetkinlik həyatının bacarıqları”, “Mən, Deniel Bleyk”, “Yan, Yan, Yan”, “Daşqın”, “Möhtəşəm həyat” və “Etel və Ernest” tamaşaçılara təqdim olunacaq.

Festivalın açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq. Digər filmlər ingilis, rus dilində alt yazılarla nümayiş ediləcək.

İlahə