Bakıda bir neçə şəxs yeniyetməyə hədə-qorxu gələrək 45 min dollar alıb

Bakıda bir neçə şəxs yeniyetməyə hədə-qorxu gələrək 45 min dollar alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeniyetməyə hədə-qorxu gəlib 45 min dollar alan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27 000 ABŞ dolları, oktyabrın 5-də isə 18 000 ABŞ dolları aldıqlarını bildirib.

Məlumatla əlaqədar 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.