Martın 21-də saat 15:00-da “Odlar yurdu” qrupunun təşkilatçılığı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 8 ölkənin iştirakı ilə “Milli rəqs və musiqi” festivalı keçiriləcək.

Trend-in məlumatına görə, beynəlxalq festivalda Azərbaycan, Rusiya, Türkiyə, Iran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edəcəklər. İştirakçı qruplar təmsil etdikləri ölkələrin Milli xalq musiqilərini və rəqslərini təqdim edəcəklər.
“Milli rəqs və musiqi” festivalının təşkil olunmasında əsas məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş rəqs qrupları arasında dostluğun gücləndirilməsi, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir.
Qeyd edək ki, bu sayca təşkil olunan 3 -cü “Milli rəqs və musiqi” festivalıdır. Festivalda dünyanın 8 ölkəsindən 250 yaxın iştirakçı nəzərdə tutulub. Giriş ödənişsizdir.
Sonda iştirakçı qruplara Bakı şəhərinə aid maraqlı hədiyyələr və diplomlar təqdim olunacaq.