BAKIDA BELƏ GÜCLÜ ZƏLZƏLƏ OLSA, YENİ TİKİLİLƏR ÇÖKMƏZ, AŞMAZ… – EKSPERTbackend

BAKIDA BELƏ GÜCLÜ ZƏLZƏLƏ OLSA, YENİ TİKİLİLƏR ÇÖKMƏZ, AŞMAZ… – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən həmişə daşınmaz əmlak sahəsindəki problemlərdən danışmışam. Çünki bu sahənin danışılacaq yaxşı tərəfləri cox azdır. Lakin qardaş Türkiyədə baş verən zəlzələdən sonra onu əminliklə deyə bilərəm ki, Azərbaycanda inşa olunan yeni çoxmənzilli yaşayış binalarının keyfiyyəti Türkiyədəki binalardan qat-qat yüksəkdir.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, uçub dağılan binaları izlədikcə həmin binalarda beton və armaturlardan çox az, bəzən isə demək olar heç istifadə olunmadığı açıq aşkar görünür:

“Zəlzələdir, gücü çoxdur, lakin orada, zəlzələ baş verən ərazilərdə keyfiyyətlə tikilən binaların heç bir zərər görmədiyi açıq aşkar görünür. Bizim yeni tikili binalarda isə başdan ayağa beton kalonlar, beton pərdələr, armaturdan hörülmüş setkalar, yerin 10 metr dərinliyinə qədər işlənilmiş beton divarlar var.

Bakıda nə vaxtsa çox güclü 8 – 9 ballıq zəlzələ olarsa, o yeni tikili binalardan bəlkə də bəziləri bütöv şəkildə azda olsa sağa və yaxud sola əyilə bilər, amma heç vaxt yerin altına çökməz. Bunu bu sahənin bir mütəxəssisi olaraq tam əminliklə deyə bilərəm”.

Tribunainfo.az