Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Bayraq yürüşü” keçirilib.
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Bayraq yürüşü” keçirilib.
TİA.AZ xəbər verir ki, yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak ediblər.
Yürüşün keçirilməsinin əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması olub.
Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra minlərlə sakin“Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş edib.
Yürüş Dənizkənarı Milli Parkdan- Kukla Teatrının arxasındakı monitorun yanından başlayıb və Bayraq Meydanında başa çatıb.