Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınır.
Tribunainfo.az-ın xəbərinə görə, “Əjdərbəy” məscidində bayram namazı saat 08:00-da başlanıb.Namazda əhali və bir sıra din xadimləri iştirak edir.
“Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 28-29 iyun tarixlərində qeyd olunur.