Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol hərəkəti qaydalarının pozulması qəza ilə nəticələnib.

Hadisə nəzarət kamerası tərəfindən qeydə alınıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Xəqani Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində baş verib.

“Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü yolayrıcında sola dönən zaman, qarşıdan düzünə hərəkətdə olan VAZ markalı avtomobillə toqquşub.

Güclü zərbənin təsirindən VAZ markalı avtomobil aşıb və yol kənarında yerləşən işıqforu yararsız vəziyyətə salıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib.