Bakıda avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var – VİDEO

Bakıda avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi olub.

Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, qəza Pirşağı avtomobil körpüsündə qeydə alınıb. Belə ki, idarəetməni itirən “Tofaş” markalı avtomobilin sürücüsü minik vasitəsini beton maneyə çırpıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.