Bakıda avtomobil 18 yaşlı qızı vurub qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində yolu keçən 1999-cu il təvəllüdlü Məmmədova Sona Elxan qızını naməlum avtomobil vurub. Hadisə nəticəsində S.Məmmədovanın ayağı sınıb. Qəzanı törətmiş sürücü hadisə yerindən qaçıb.

S.Məmmədova yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.