Bakıda avtobus 8 yaşlı oğlanı vurub öldürdübackend

Bakıda avtobus 8 yaşlı oğlanı vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının Xətai rayonu ərazisində azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Xudu Məmmədov küçəsində 51 saylı marşrut xətti üzrə hərəkət edən avtobus piyada keçidindən yolu keçməyə çalışan 2015-ci il təvəllüdlü Famil Quluzadəni vurub. Baş nahiyəsindən ağır xəsarət alan 8 yaşlı oğlan hadisə yerində vəfat edib.

Hadisəni törədən avtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Anar Hüseynov saxlanılıb.

Faktla bağlı Xətai RPİ-də araşdırmalara başlanılıb.