Bakıda atışmada yaralananların ADLARI (VİDEO)backend

Bakıda atışmada yaralananların ADLARI (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda atışma olub.

Tribunainfo.az  xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma aparılır.
***
Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
Onlar xəstəxanaya çatdırılıb.