Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ürəyi zəif olanların videoya baxmaması tövsiyə olunur.