Bakıda 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb – Baş Prokurorluq

Bakıda 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb – Baş Prokurorluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Şəhərsalma Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakı şəhərində qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başlayıb.

TİA.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, Xətai, Binəqədi, Nəsimi, Yasamal rayonları üzrə 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb: “Toplanmış faktlar prokurorluq orqanlarına göndərilib. Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar aparılır”.