Bakı şəhəri, Nizami rayonundakı 210 saylı orta məktəbin 9-cu sinif şagirdi özünü yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, buna səbəb onun məktəbdə keçirilən imtahanda aşağı nəticə göstərməsi olub.
Məsələ ilə bağlı 210 saylı məktəbdən şagirdin vəfat etdiyini təsdiqləsələr də, hadisənin intihar olduğunu təkzib etdilər:
“İntihar etməyib, yalan söhbətdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər, araşdırma aparılır”.
Qeyd edək ki, şagirdin fevralın 15-də özünə qəsd etdiyi bildirilir. İntihar edən şagird rayonlardan birində dəfn edilib.