Bakıda 80 minlik dələduzluq – Saxlanılanlar var

Bakıda 80 minlik dələduzluq – Saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Tribunainfo.az -a bildirilib ki, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə 80000 manatını aldadaraq ələ keçirilməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş.Balakişiyev və 42 yaşlı R.Səfərəliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.