Bakıda 5 türk filmi 9 dəfə kinosevərlərə pulsuz təqdim olunacaq

Bakıda 5 türk filmi 9 dəfə kinosevərlərə pulsuz təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.

TİA.AZ  xəbər verir ki, Nizami Kino Mərkəzində reallaşacaq layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.

Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil olunacaq.

Qeyd edək ki, film həftəsinin açılışı noyabrın 23-də “Güllər” filminin qala-gecəsi ilə baş tutacaq.