backend

Bakıda 4000 min manata yolka satılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il olduğu kimi bu il də Yeni İl atributlarının qiymətləri ölkədə əsas müzakirə obyektinə çevrilib. 

Hər il olduğu kimi bu il də Yeni İl atributlarının qiymətləri ölkədə əsas müzakirə obyektinə çevrilib.

Xüsusilə bayram yaxınlaşdıqca, tələbat daha çox olduğu üçün qiymətlər də qalxmaqda davam edir. Biz də vəziyyətlə tanış olmaq və qiymətlərlə maraqlanmaq üçün Yeni il atributları satılan brend mağazalara və şəhərin nisbətən ucuz dükanlarına baş çəkmək qərarına gəldik.

İlk olaraq “28 May” stansiyasında yerləşən bayram “palatka”sına baş çəkdik. Satıcı ilə söhbət əsnasında məlum oldu ki, Yeni İl atributlarının qiyməti şəhərin digər mağazalarında satılan malların qiymətindən elə də fərqlənmir. Burada 20, 30, 50, hətta 70-80 manatlıq yolkalar da rast gəlmək mümkündür. Yolkanın üzərindəki aksesuarların qiyməti 3-5 manat aralığında dəyişir. Zərlərin qiyməti 50 qəpikdən başlayıb 2 manata qədər qalxır. “Palatka”da mini yolkalarda rast gəlmək mümkündür. Üzərində rəngli işıqları olan bu cür yolkaların qiyməti 15 manatadır. Uşaq maskalarının qiyməti 3 manatdır. “Yolka”nı bəzəmək üçün olan işıqların qiyməti 2 manat təşkil edir. Şarlar isə 20 qəpikdir.

Yaxınlıqdakı ticarət mərkəzinə yerləşən brend mağazalara da üz tutduq. Burada satılan atributlar, xüsusilə də şaxta baba və yolkaların qiyməti həddən artıq bahadır. Belə mağazadan yolka almaq istəsəniz, bu sizə aşağısı 300, yuxarısı isə 4000 manata başa gələcək.

Burada satılan şaxta babalar da 200 manatdan 600 manata qədər davam edir. Adətən baha şaxta babalar 2-3 metr hündürlüyündə olur və mahnı oxuyurlar.

Müşahidələrimiz və mövcud qiymətlər bir evdə ortabab yolka qurmaq üçün 170-250 manat arası, hündür yolka və bəzək əşyaları ilə bol, zəngin bir yolka qurmaq üçünsə 2-3 min manat arası pul lazım olduğunu deməyə əsas verir. Satıcılar ötən illə müqayisədə alıcıların azaldığını deyirdilər. (baku.ws)