Yüzlərlə sakin, illərdir yaşadıqları mənzilə çıxarış ala bilmirlər. Söhbət paytaxtın Nizami rayonu ərazisində yerləşən Park City yaşayış kompleksindən gedir. Bina sakinləri deyir ki, mənzillərinə çıxarışın niyə verilmədiyini onlara deyən yoxdur. Tək eşitdikləri cavab məsələnin həll olunacağıdır.
Sakinlərin səsləndirdiyi problemlə bağlı yaşayış kompleksinin nümayəndəsi ilə danışdıq. Lakin bizə verdikləri cavab da sakinlərə deyilənlə eyni oldu.
Ümid edirik ki, bizə verilən vəd sakinlərə verilən sözlə eyni olmaz. Əks halda yaşayış kompleksinin sakinləri uzun müddət gözləməli olacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.