Bakıda 40 minlik “Rolex”i oğurlayan şəxs 21 il həbsdə yatan Hafiz imiş (VİDEO)backend

Bakıda 40 minlik “Rolex”i oğurlayan şəxs 21 il həbsdə yatan Hafiz imiş (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan şəxs məşhur oğru Hafiz Qocayev imiş.
 Tribunainfo.az-ın məlumatına görə, hadisəni törədən 1971-ci il təvəllüdlü Qax rayon sakini Hafiz Qocayev ömrünün ən azı 21 ilini həbsxanada keçirib.
O, aviasiya üzrə ali təhsil alıb. Subay olub.
Hafiz Qocayev 1989-cu ildə “Vasmoy bazarı”nın qarşısında 3 nəfərin ölümü ilə nəticələnən qəzaya görə həbs olunub. 1999-cu ildə narkotik satdığına görə həbsə düşüb. 2005-ci ildən azadlığa çıxıb və kafe işlədib. 2014-ci ildə yenə oğurluq mal satdığına görə həbs olunub.

 

 

 

Bir neçə il əvvəl ARB TV-nin “Rezonans” proqramında Hafiz Qocayevin həyat hekayəsi yayımlandıqdan sonra həbsdən azad edilib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.