Bakıda 37° isti olubbackend

Bakıda 37° isti olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 18-i, saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən, yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.