Yasamal rayonu, Haqverdiyev küçəsində 64 ailənin yaşadığı 16 mərtəbəli binaya 30 ildir ki, istik verilmir. Dövlətin balansında olan binada istilik sistemi var, qızdırıcı xətlər quraşdırılıb, amma mərkəzi istilik sisteminə illərdir qoşulmur, bina istiliklə təmin olunmur. Bu problem soyuq qış günlərində özünü daha qabarıq şəkildə biruzə verir. Bina sakinləri qışın oğlan çağında istiliyə həsrət qalıblar. Onlar deyir ki, bu illər ərzində aidiyyəti qurumlara etdikləri çoxsaylı müraciətlərə heç bir müsbət cavab almayıblar. Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Elvin Basqallı bildirdi ki, gələcək investisiya proqramlarında binaya istiliyin verilməsi nəzərdə tutulub. “Azəriqaz” İB ilə əlaqə saxladıq.Qurumun mətbuat katibi Eldəniz Vəliyev bildirdi ki, binanın layihə sənədlərində qazlaşmailə bağlı heç b ir şərt nəzərdə tutulmayıb. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, bu binanın sakinləri hələ uzun illər böyük məbləğdə işıqpulu verməli olacaqlar. Bizə ancaq “cibiniz dolu olsun ki, qışın oğlan çağında donmayasınız” demək qalır.