backend

Bakıda 3 yeni metro stansiyası tikiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteninin “Xətai” stansiyasının 2014-cü ilin sonlarından təmirə bağlanan birinci yolu istifadəyə verilib. 

Bakı Metropoliteninin “Xətai” stansiyasının 2014-cü ilin sonlarından təmirə bağlanan birinci yolu istifadəyə verilib.

TİA.AZ-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki, artıq “Cəfər Cabbarlı” – “Xətai” stansiyaları arasındakı ikinci yolun təmirinə başlanılıb:

“Hazırda həmin yol təmirə bağlıdır. Təmir işləri təxminən bir il müddətinə davam edəcək”.

Qurum rəsmisi qeyd edib ki, “Yaşıl xətt”in davamı olaraq “Xətai”dən “Həzi Aslanov” stansiyasındək Nobel prospekti boyunca 3 yeni stansiyanın tikintisi nəzərdə tutulub:

“Bakının Nobel prospekti boyunca şərti adlar altında 3 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Bunlardan biri “Ağ şəhər” ərazisində, digərləri isə neft emalı zavodunun qarşısında olacaq” .