Bakının Sabunçu rayonunda iki nəfər intihar edib.
Bakının Sabunçu rayonunda iki nəfər intihar edib.
Hadisələrdən biri Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Telman Səfərov mənzilində özünü asaraq ölüb.
TİA.AZ teleqraf-a istinadən xəbər verir ki, daha bir hadisə rayonun Ramana qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Mirrəhim Mehdiyevin yaşadığı evin zirzəmisində elektrik naqilindən özünü asaraq ölüb.
Oxşar hadisə Güzdək qəsəbəsində də baş verib. 1942-ci il təvəllüdlü Əlövsət Baloğlanov yaşadığı evin həyətində özünü asaraq ölüb.
Əlövsət Baloğlanovun uzun illərdir ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Hər üç faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.