AYNA yəqin ki, xüsusilə “28 May” stansiyasının çıxışında avtomobillərin hərəkətini məhdudlaşdırmanı əvvəlcədən müzakirə edib. Ancaq həmin ərazidə hərəkət necə tənzimlənəcək, hələ bilinmir. Bakı Şəhər İcra Hakimiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələləri hələ indi təhlil edir, indi müzakirə aparırlar. “28 May” stansiyasının qarşısındakı yolun bağlanması Azadlıq prospekti kimi böyük ərazini iflic edə bilər. Bu baş versə, qərar ləğv edilməlidir.
Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı xüsusilə matronun “28 May” stansiyası ətrafındakı yolun avtomobillər üçün qapadılmasının yaradacağı problemlərdən danışarkən deyib. Ekspert bildirib ki, bu qərarın effektiv olub-olmamasını zaman göstərəcək:
“Azadlıq prosoekti ilə hərəkət edib Cəfər Cabbarlı heykəlinin yanından sola dönüb Səməd Vurğun bağına çıxan nə qədər sürücü var. Biz o sürücüləri yol bağlanandan sonra Dilarə Əliyeva küçəsinə yönləndirə biləcəyikmi?
Mən dəfələrlə müşahidə aparmışam, Azadlıq prospektindən Dilarə Əliyeva küçəsinə dönəndə, piyadalar olmasa, işıqforun yaşıl işığında 10-15 maşın keçə bilir. Ancaq vay o günə ki, piyada ikitərəfli hərəkət etsin. Bu zaman cəmi 3-4 avtomobil keçə bilər oradan. İndi gün ərzində alternativ yol kimi Cəfər Cabbarlı heykəlinin yanından keçib gedənlər Dilarə Əliyeva küçəsinə yönlənməlidir, orada bu imkan varmı? Bu sualın cavabını mən tapa bilmədim.
Hərəkət necə tənzimlənəcək, hələ bilinmir. Bakı Şəhər İcra Hakimiyyəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələləri hələ indi təhlil edir, indi müzakirə aparır.
Hesab edirəm ki, əks effek göstərsə, bu yolun qapanmasının qarşısı alınmalıdır. Bu yolun bağlanması səbəbindən avtomobil sıxlığı Azadlıq prospektinin o başına gedib çıxsa nə baş verər, təsvir edin”.
Nigar