Bakı Metrosunda daha bir intihara cəhd hadisəsi baş verib.
Bakı Metrosunda daha bir intihara cəhd hadisəsi baş verib.
TİA.AZ xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, hadisə “Nəriman Nərimanov” stansiyasında qeydə alınıb.
1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğlu özünü qatarın altına atıb. Maşinistlər qatarı vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.